Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. “Qafqazda ilk dəfə iqlimlə bağlı beynəlxalq konfrans keçirilir, bu, Azərbaycanın siyasi və
Yəni hazırda regionda Bakının mövqeyi daha güclüdür”. Globalinfo.az xəbər verir ki, bunu rusiyalı ekspert Stanislav Tarasov deyib.
O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın COP29-da iştirak üçün Bakıya səfərinin gözlənildiyini, lakin bunun baş tutmadığını bildirib: “Mirzoyan Azərbaycana yox, konfransın açılışı günü İsveçə getdi.
İndi ABŞ-da da Donald Tramp prezident seçilib. Lakin o hakimiyyətə gəldikdən sonra əsas gündəmi Qafqaz olmayacaq.
Tramp üçün prioritet Ukrayna müharibəsi, Avropa və Yaxın Şərqdir, Qafqaz sonda gəlir.
Hazırkı prosesə əsasən amerikalıların regiondan geri çəkiləcəyini demək olar.
Ermənilər hər zaman olduğu kimi yenə doğru qərar verməkdə gecikdilər. Bakı İrəvandan 2-3 addım irəlidədir.
Çünki Azərbaycan Prezidenti İlham Əliyev bütün bu prosesləri detallı şəkildə hesablayıb.