Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
...Kseniya Larina rusiyalı jurnalistdir. Aşağıda yer alan bu yazı onun şəxsi “Facebook” səhifəsində yer alıb.
Yazını Sizlərə də təqdim edirik...
...Kiyev. Ölən və yaralananların sayı artır. Bu dəhşət insanların, daha çox uşaqların yaddaşında əbədi qalacaq.
Mən nə deyəcəyimi bilmirəm. Baxanların dəhşəti heç vaxt bu faciədən sağ çıxanların dəhşəti ilə müqayisə olunmayacaq. Bir kabusda mənim lənətlənmiş ölkəmin nəyə qadir olduğunu xəyal etməzdim.
Ola bilsin ki, biz sadəcə olaraq bu barədə düşünməkdən qorxurduq - əslində biz nəyik.
Amma Putin böyük rus dövlətinin bütün çirkli, barbar içini çıxartdı.
Bu qanı yumaq mümkün olacaqmı?
Xeyr. Bəziləri utanır, bəziləri qətldən həyəcanlanır, bəziləri ləzzət və qürurla dolur. Müharibə olmasaydı, biz heç vaxt kim olduğumuzu bilməzdik.
Bu gün Kiyevdə matəm olacaq.
Əli Babayev