Bu qanun layihəsi MÜZAKİRƏYƏ ÇIXARILACAQ

09.10.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycan Respublikası Milli Məclisinin oktyabrın 13-də keçiriləcək plenar iclasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq.

Bakıvaxtı.az xəbər verir ki, iclasın gündəliyinə “Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi daxil edilib.

Layihənin müzakirəsi zamanı qeyd olunan Anlaşma Memorandumunun təsdiq edilməsi məsələsinə baxılacaq.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью