Bu qanunlara dəyişiklik ediləcək

13.10.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin oktyabrın 13-də keçirilən iclasında Mülki Məcəllədə, Gömrük Məcəlləsində, habelə “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və bir sıra digər qanunlarda dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunub.

"Yeni Sabah" xəbər verir ki, müzakirələr zamanı çıxış edən deputat Əli Hüseynli bildiriş ki, təklif olunan düzəlişlər daha çox uyğunlaşdırma xarakteri daşıyır.

Millət vəkilinin sözlərinə görə, dəyişikliklər çərçivəsində “Lisenziyalar və icazələr haqqında” qanunun müvafiq maddələrindən “xüsusi” sözü çıxarılır. Analoji yanaşma Mülki Məcəlləyə, eləcə də “Polis haqqında”, “Xidməti və mülki silah haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara da tətbiq edilir. pizza sifarişi

Ə.Hüseynli əlavə edib ki, layihədə əksini tapan digər dəyişikliklər isə birbaşa aidiyyəti profil komitələrinin səlahiyyət dairəsinə daxildir.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью