“Bu, Qarabağın Azərbaycana aid olmasının aşkar nümunəsidir Türkmənistan səfiri

10.10.2025

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"2025-ci il 6-7 oktyabrda Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) 12- ci Zirvə görüşü keçirildi. Görüşdə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etdi. TDT dost xalqları birləşdirən beynəlxalq strukturdur. Onun əsas məqsədi dostluğu, qardaşlığı möhkəmləndirməkdir. Dünyada mövcud olan hazırkı vəziyyət nəzərə alınsa, dövlətlərimizin koordinasiyalı fəaliyyəti vacibdir".

525.az xəbər verir ki, bunu Türkmənistanın Bakıdakı səfiri Qurban Elyasov ölkəsinin Füzuli şəhərində Azərbaycan xalqına hədiyyə olunmuş məscidin təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə deyib.

O bildirib ki, məscidin təməlqoyma mərasimində onlayn şəkildə bütün Türk dövlətlərinin liderləri iştirak edirdi.

"Bu, Türk dünyası üçün vacib hadisədir. Füzuli şəhərində məscidin təməlqoyma mərasiminin bütün İslam dünyası üçün əhəmiyyətini vurğulamaq istəyirəm. Bu, Qarabağın Azərbaycana aid olmasının aşkar nümunəsidir. Əminəm ki, bu məscid Türk dövlətlərinin qardaşlığının, dostluğunun simvoluna çevriləcəkdir”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью