Bu qatarların əvvəlki qrafiki bərpa olunur

22.11.2024

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Noyabrın 25-dən etibarən Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti 16 sentyabrda tətbiq olunan qrafikə uyğun təşkil ediləcək.

Axşam.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqaməti üzrə reyslər aşağıdakı kimi bərpa olunur. 

- Bakıdan saat 08:10, 17:50 və 19:05,

- Sumqayıtdan saat 07:20,

- Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri bərpa edilir.

Sözügedən hərəkət qrafiki ilə buradan tanış ola bilərsiniz: https://t.me/azerbaycandemiryollari/1463.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью