Bu qatarların həftəsonu qrafiki dəyişdi

08.08.2025

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Abşeron dairəvi marşrutu üzrə qatarların şənbə və bazar günü qrafikində dəyişikliklər edilir.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 9 avqustdan etibarən şənbə və bazar günlərində qatarların Abşeron dairəvi marşrutu üzrə hərəkət cədvəli aşağıdakı kimi təyin edilir: Bakı–Xırdalan–Sumqayıt: saat 08:55, 09:15, 17:20, 18:20, 18:55, 19:45, 20:30. Sumqayıt-Xırdalan-Bakı: Saat 07:45, 08:00, 09:00, 09:40, 18:02, 18:45, 19:30. Bakı-Pirşağı-Sumqayıt: Saat 07:00, 08:00, 08:45, 09:10, 09:50, 10:50, 11:50, 16:50, 17:40, 18:25, 19:00, 19:25, 20:20, 21:00, 22:00, 23:00. Sumqayıt-Pirşağı-Bakı: Saat 06:45, 07:25, 08:00, 08:45, 09:52, 10:20, 11:00, 11:30, 12:05, 17:00, 18:20, 19:20, 19:55, 20:20, 21:00, 22:00.

"Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik", - məlumatda bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью