Bu qaydada getsək, ikirəqəmli inflyasiya olmayacaq Ekspert | Icma.az
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
"Mərkəzi Bankın 2025-ci il üzrə inflyasiya proqnozu özünü doğrulda bilər, amma 2026-cı ildə inflyasiya səviyyəsi proqnozlaşdırılandan daha yüksək olacaq”.
Qaynarinfo-ya açıqlamasında bunu iqtisadçı ekspert Fuad İbrahimov Mərkəzi Bankın 2025-2026-cı illər üzrə elan etdiyi inflyasiya proqnozlarını şərh edərkən deyib: "2025-ci ildə tənzimləmə prosesində hər hansı bir qeyri-adi uyğunsuzluq olmayacaq.
Azərbaycanda inflyasiyaya idxal amili də təsir edir. İndiki vəziyyətdə isə proses stabilləşməyə doğru gedir.
Bu səbəbdən Mərkəzi Bankın cari ilin inflyasiya səviyyəsi ilə bağlı açıqlamasında hər hansı qeyri-ciddi uyğunsuzluq yoxdur.
2026-cı ilə gəldikdə, öncə onu qeyd edim ki, Mərkəzi Bank makroiqtisadi tarazlığı saxlamaqla son 3-4 ildə elastik idarəetmə üsulu ilə bütün neqativ halların aradan qaldırılması istiqamətində fəaliyyət göstərir.
Amma geostrateji mövqeyimiz elədir ki, qonşu ölkələrdə, regionda cərəyan edən proseslər Azərbaycana da təsir edə bilər.
Bu mənada 2026-cı il üçün 3,8 faizlik inflyasiya dərəcəsi bir o qədər də real görünmür.
Tam oxu
Xəbəri oxu