Bu qaydalar may ayından qüvvəyə minəcək

06.05.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyada may ayı ilə birlikdə milyonlarla insanı maraqlandıran yeni tətbiqlər qüvvəyə minir.

"Cebheinfo.az" xəbər verir ki, vergi xidməti ödəniş müddəti keçmiş kiçik borcları sistemdən silməyə başlayacaq.

Buna əsasən, 500 rubla qədər vergi borcları, həmçinin ödəniş müddəti bitmiş 10 min rubla qədər cərimə və ya rüsum borcları avtomatik olaraq bağlanacaq. Lakin işi icra məmurlarına (məhkəmə icraçılarına) verilmiş şəxslər bu qaydaya daxil edilməyəcək.

Daşınmaz əmlak sahəsində isə diqqətçəkən bir dəyişiklik var. Altı aydan çox müddətdə qeydiyyatda olduğu ünvanda yaşamayan, mənzil haqqı və ya kommunal xərcləri ödəməyən şəxslərin qeydiyyatı artıq məhkəmə qərarı olmadan ləğv edilə biləcək. Mülkiyyətçilərin bunu sənədlə sübut etməsi kifayət edəcək.

Digər tərəfdən, transsərhəd (ölkə xaricinə) sürətli pul köçürmələri üçün 6 rublluq sabit rüsum tətbiq edilir.
Tikinti materialları və elektron məhsullarda məcburi markalanma sistemi də başlayacaq. Ekspertlər bunun xüsusilə qablaşdırılmış tikinti materiallarının qiymətlərini 3% ilə 5% arasında artıra biləcəyini qeyd edirlər.

Başqa bir qanunla, 80 yaşına çatan şəxslərin sabit təqaüd məbləği təxminən 19 200 rubla (təxminən 256 dollar) yüksələcək.

Ailə yardımlarında da yumşalma nəzərdə tutulur. 22 may tarixinən etibarən üç və daha çox uşağı olan ailələr, gəlirləri yaşayış minimumunu 10 %-ə qədər aşsa belə, vahid uşaq müavinətini almağa davam edə biləcəklər. Əvvəllər kiçik bir gəlir fərqi belə yardımın kəsilməsinə səbəb olurdu.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью