Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtda qayda pozan sürücünün görüntüsü anbaan avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 10-da saat 12:49 radələrində Binəqədi-Mehdiabad şossesində qeydə alınıb.
Belə ki, 10-NM-554 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobilin sürücüsü güzgüyə baxmadan hərəkətə başlayıb.
Bu zaman o, görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Təhlükəylə üzləşən sürücü siqnal verərək ona xəbərdarlıq edib.
Siqnal səsindən sonra azacıq sağa manevr edən “Tofaş”ın sürücüsü ardınca geriyə dönüb.
Maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin əsas səbəbi məsuliyyətsiz və ehtiyatsız davranışlarıdır.
Xüsusilə, manevrə başlayan, dayanan və ya zolaq dəyişən sürücülərin qanunvericiliyin tələblərinə əməl etməməsi bu cür qəzaların artmasına səbəb olur.