Bu qaydanı pozan sürücülər 150 manat cərimələnəcək Qanun dəyişib

10.12.2024

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə cərimələr müəyyənləşib.
Reyting.az
 xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif olunan yeni maddə Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Maddəyə əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə yüz əlli manat məbləğində cərimə edilir.
Həmçinin, buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə iki yüz manat məbləğində cərimə edilir.
Layihə səs qoyularaq, birinci oxunuşda qəbul olunub.

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью