Bu qaydanı pozanlar cərimələnəcək 250 manatlıq cəza

22.10.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Apteklərdə reseptlə satılmalı olan dərmanların həkim təyinatı olmadan alıcılara təqdim edilməsi qanunvericiliyin tələblərinin pozulması hesab olunur. Belə hallarda aptekləri cərimə gözləyir. Bəs reseptsiz dərman satışına görə hansı cəzalar nəzərdə tutulub və bu məsələdə məsuliyyət kimin üzərinə düşür?

Hüquqşünas Əkrəm Həsənov “Yeni Sabah”a açıqlamasında bildirib ki, reseptlə satılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına görə məsuliyyət aptekin üzərinə düşür.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 452-ci maddəsinə əsasən, apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz satışına görə 150 manatdan 250 manatadək cərimə nəzərdə tutulur. Pepperoni pizza

Hüquqşünas qeyd edib ki, bu halda məsuliyyət dərmanı resept tələb olunduğu halda reseptsiz təqdim edən apteklə bağlıdır.

Qeyd edək ki, “Dərman vasitələri haqqında” Qanunun tələblərinə əsasən, həkim resepti ilə buraxılmalı olan dərmanların reseptsiz satılması qadağandır. Bu qaydanın pozulması dərman satışını həyata keçirən apteklər üçün inzibati məsuliyyət yarada bilər.

Beləliklə, reseptlə satılmalı olan dərmanların satışında müəyyən edilmiş qaydalara əməl olunması apteklərin üzərinə düşən əsas öhdəliklərdəndir.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью