Bu qəbilə insanlarının boyu görənləri heyrətləndirir

03.12.2024

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Cənubi Sudanda Jianq qəbiləsinin insanlarının boyu çox uzundur.  

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, özlərinə dinkalar deyən qəbilə üzvlərinin boyu orta hesabla 182 santimetrdir. Bu qəbilədə boyu 1.80 metrdən aşağı olanlar qısaboylu sayılır. Yəni buralarda çöldə gəzən 2 metr hündürlükdə insanlara təəccüblə baxmırlar.

Məşhur NBA oyunçusu Manute Bolun boyu 2.31 metrdir və o da bu qəbilənin nümayəndəsidir. Ümumiyyətlə dinkalar basketbola çoxlu idmançılar bəxş ediblər.

Dinkalar əsasən heyvandarlıqla məşğul olurlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью