Bu qədər mənzilə çıxarış verilib

19.11.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində 300.073 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. 

“Qafqazinfo”xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 57.614-ü (19,2 %) ilkin, 242.459-u (80,8 %) isə təkrar qeydiyyatın payına düşür.

Fərdi yaşayış və bağ evi üzərində – 58.587, mənzil – 78.092, torpaq sahəsi – 152.521, qeyri-yaşayış binası – 2.592, qeyri-yaşayış sahəsi – 7.564, əmlak kompleksi – 616, çoxmərtəbəli yaşayış binası – 98 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 84.431-i Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Həmçinin qeyd olunan dövr ərzində 214.701 texniki pasport tərtib edilib, 51.753 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью