Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Şəhər mərkəzində, əsasən Tarqovu adlanan yerdə normal gəzmək, biri ilə söhbət etmək mümkün deyil.
Əlində torba ilə qoz, yerdə oturub yer fındığı satan, əllərində gül və ya restoran menyusunu tutub turistin üstünə şığıyan kim.Rəsmi qurumlar məsələyə müdaxilə etməlidirlər.
Açıq havada restoranda oturmaq olmur. Yolla gedə bilmirsən. Parfum satan və onları reklam edənlərin, dilənçilərin, qaraçıların, rüstoran əmə
1 saatlıq bir yerdə oturub yemək yeyirsən, onda görürsən ki, gəlib pul istəməyə başlayırlar.
Sahibkarları da bezdiriblər, qarşısını almaqda çətinlik çəkirlər. Biri gedir, o birisi gəlir.
Turistlər ümumiyyətlə beziblər".Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai fəal Rəşad Quliyev səsləndirib.
O deyib ki, yeni və utanc verən bir ənənə yaranıb:"Restoran sahibləri işə adam götürüb şəhərdə gəzən turistləri restorana dəvət etdirirlər, hətta bəzi hallarda yapışıb əl çəkmirlər.