Bu qərar ikitərəfli münasibətlərə xələl gətirir

13.05.2025

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanın Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlamaq qərarına cavab verəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.

Rusiyanın RİA xəbər agentliyinə verdiyi açıqlamada Zaxarova Polşanın Krakovdakı Rusiya Baş Konsulluğunu bağlamaq qərarını dəyərləndirib.

"Bu qərar ikitərəfli münasibətlərə xələl gətirir. Bu addım cavabsız qalmayacaq. Lazım olan şəkildə cavab veriləcək. Bu, müvafiq qurumlar arasında prosedur həyata keçirildikdə baş verəcək. Təbii ki, bu barədə Polşa tərəfini məlumatlandıracağıq" , - o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью