“Bu qərar yalnız bir təqvim ili ilə məhdudlaşmır”

01.05.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması zamanın çağırışlarına cavab verən düşünülmüş qərardır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən III Forumun panelində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Metin Hüseynov deyib. 

Şöbə müdiri bildirib ki, bu qərar yalnız bir təqvim ili ilə məhdudlaşmır, Bakının şəhərsalma siyasətində yeni mərhələnin, sistemli və beynəlxalq standartlara inteqrasiya olunan inkişaf modelinin davamıdır.

“Bakıda keçiriləcək WUF13 buna bariz nümunədir. Bakının müasir simasını formalaşdıran və artıq qlobal tanıtım elementinə çevrilən memarlıq nümunələri ilə qürur duyuruq. Həmçinin şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Bu sahədə müasir texnologiyaların tətbiqi ilə sənaye tullantılarının azaldılması, alternativ enerji mənbələrinin inkişafı və Xəzər dənizinin mühafizəsi üzrə layihələr uğurla davam etdirilir”, - o qeyd edib.

Fidan Etibar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью