Bu qəsəbə hələ də istiliyə həsrətdir Şikayət

02.12.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkəmizdə 15 noyabr tarixindən etibarən istilik mövsümünə start verilməsinə baxmayaraq, hələ də bir çox ərazilərdə istlik verilməyib. Bu ərazilərdən biri də Müşfiqabad qəsəbəsidir.

Qəsəbə sakinlərinin Axar.az-a ünvanladıqları şikayətə əsasən, istilik mövsümünün açıq elan edilməsindən sonra bir gün belə bu əraziyə istilik verilməyib.

Sakinlər sözügedən məsələ ilə bağlı dəfələrlə “Azəristiliktəchizat”a şikayət etsələr də, heç bir nəticə əldə olunmayıb.

Mövzu ilə bağlı “Azəristiliktəchizat”a sorğu göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью