Bu qəsəbə qazsız qalacaq

05.12.2024

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

05.12.2024-cü il saat 13:00-dan işlər başa çatanadək Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə bağlı "Ceyranbatan" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
 

Azəriqaz-dan Manset.az-a verilən məlumata görə, təmir-quraşdırma işləri aparılan zaman Ceyranbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью