Bu qəsəbədə qaz olmayacaq

28.01.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Bu gün Bakının Xəzər rayonu, Qala qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Qala qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar saat 10:00-dan etibarən Stansiya Qala yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью