Bu qəsəbədəki yol sürücünü özündən çıxardı: “10 ildir asfalt vurulmur” VİDEO

31.07.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Masallı rayonu, Ərkivan qəsəbəsində yolun asfalt örtüyünün yararsız vəziyyətdədir.

Avtosfer.az-ın məlumatına görə, bununla bağlı ərazidən keçən sürücülərdən biri çəkdiyi görüntüləri sosial şəbəkədə paylaşıb. Kadrlardan görünür ki, yolun müxtəlif hissələrində çoxsaylı çuxurlar və köhnə yamaq izləri var.

Yolun mövcud vəziyyəti nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, eyni zamanda avtomobillərin maddi zərər görməsi riskini artırır.

Görüntüləri paylaşan sürücünün sözlərinə əsasən, sözügedən yol 10 ildən artıqdır bu vəziyyətdədir və indiyədək burada əsaslı təmir işləri aparılmayıb.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью