Bu qida infarkta səbəb olur Xəbərdarlıq

04.05.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Pəhriz saxlayanların geniş istifadə etdiyi şəkər əvəzedicisinin (eritritol) zərərləri aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Fiziologiya Cəmiyyətinin (APS) saytında məlumat verilib.

Bildirilib ki, eritritol enerji içkilərində də var:

“Bu maddə aşağı kalorilidir, qlükoza və insulin səviyyələrinə zəif təsiri səbəbindən populyarlıq qazanıb. Tədqiqatçılar siçanlar üzərində apardıqları təcrübədə beyindəki kiçik qan damarlarını əhatə edən hüceyrələri eritritola məruz qoyublar. Məlum olub ki, sözügedən qida əlavəsi stressi çoxaldır, qan damarlarının genişlənməsi və normal qan axını üçün zəruri olan azot oksidinin istehsalını azaldır. Bu prosesin pozulması isə infarkt və insult riskinə səbəb olur”, – deyə əlavə edilib.

Leyla Əlisoy
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью