Bu qidalanma uzun və sağlam həyat şansını artırır

04.08.2026

Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Harvard Universitetinin yeni araşdırmasına görə, meyvə, tərəvəz, tam taxıllar və yağsız zülallarla zəngin qidalanma uzun illər sağlam qalmağa kömək edə bilər.

Medicina.az xəbər verir ki, bu pəhriz modeli orqanizmi vacib qida maddələri ilə təmin edir və 75 yaşa qədər sağlam həyat sürmək ehtimalını artıra bilər.

Araşdırmada vurğulanır ki, qırmızı ət əvəzinə balıq, quş əti və paxlalılara üstünlük vermək, şəkərli məhsulları və trans yağları azaltmaq sağlam qidalanmanın əsas prinsiplərindəndir.

Alimlər həmçinin tam taxıllı məhsulların, qoz-fındığın və avokado kimi faydalı yağ mənbələrinin gündəlik menyuya daxil edilməsini tövsiyə edirlər.

Mütəxəssislər qeyd edirlər ki, sağlam qocalmanın əsas amillərindən biri yalnız qidaların miqdarı deyil, onların keyfiyyəti və müxtəlifliyidir.

Xanım,

Medicina.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью