Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gündəlik istifadə olunan qidalarla bir çox orqanlar arasında bənzəyiş olduğunu görmək olar.
“Qafqazinfo” xəbər verir ki, aparılan araşdırmalar nəticəsində həmin qidaların orqanizm üçün çox böyük faydaya malik olduğu məlum olub.
Quruluşca mədəyə bənzəyən zəncəfil mədənin ən yaxın dostudur. Zəncəfil mədə xəstəlikləri ilə çox yaxşı mübarizə aparır.
Həmin ədviyyat qidanın orqanizmə sorulmasını sürətləndirir, həzmi asanlaşdırır.
Mədədəki iltihabı azaldaraq, toksinlərdən təmizlənməsinə kömək edir. Kəsilmiş göbələyin forması qulağa bənzəyir.
Tərkibi D vitamini ilə zəngin olan göbələk qulaq iltihabı zamanı və sonradan yarana biləcək karlığın qarşısını almaqda kömək edir.
Tərkibi yod, fosfor, kalsium və digər mikroelementlərlə zəngin olan göbələk saç, dəri və dişlərin sağlamlığı baxımından cavabdehlik daşıyır.