Bu qidalar yaddaşı gücləndirir

31.01.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Heç bir qida insanı birdən-birə daha ağıllı etmir. Bununla belə, beyin fəaliyyətini və koqnitiv funksiyaları dəstəkləyən qida qrupları mövcuddur.

“Qafqazinfo” xəbər verir ki, xüsusilə qızılbalıq, skumbriya və siyənək kimi yağlı balıqlar omeqa-3 yağ turşuları ilə zəngin olub beyin sağlamlığı üçün mühüm rol oynayır.

Omeqa-3 neyron hüceyrələrinin membranlarının əsas tərkib hissəsi kimi yaddaşın və diqqətin güclənməsinə kömək edir, koqnitiv pozğunluqların yaranma riskini azaldır.

Mütəxəssislər qida rasionuna qoz və fındıq kimi çərəzlərin də əlavə olunmasını tövsiyə edirlər. Bu məhsullar sağlam yağlar, E vitamini və antioksidantlarla zəngindir.

Yumurtanın tərkibindəki xolin isə yaddaş və öyrənmə proseslərində mühüm rol oynayan asetilkolin neyrotransmitterinin sintezi üçün vacib hesab olunur.

Qaragilə və zoğal flavonoidlərlə zəngin olub beyin qan dövranını yaxşılaşdırır və oksidləşdirici stressi azaldır. Tam taxıllar qanda qlükoza səviyyəsinin sabit qalmasına yardım edir. Rukkola, ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlər isə folat və K vitamini sayəsində zehni çevikliyi və yaddaşı dəstəkləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью