Bu qış Azərbaycandan ayrıldı, Valensiya ya keçdi

27.02.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu qış Azərbaycandan ayrıldı, "Valensiya"ya keçdi

Bu qış "Kəpəz"dən ayrılan Pedro Qomeşin yeni klubu bəlli olub.

QOl.az xəbər verir ki, portuqaliyalı müdafiəçi karyerasını İspaniyada davam etdirəcək.

Mövsümün əvvəlində "Boavişta"dan "Kəpəz"ə keçmiş 22 yaşlı futbolçu "Valnesiya" ilə 2 illik  müqavilə bağlayıb. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qomeş "Valensiya"nın B komandasında çıxış edəcək. Bu komanda hazırda Sequndanın 3-cü qrupunda - səviyyəcə 4-cü liqada çıxış edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью