Bu qış Ukrayna üçün ağır keçəcək

02.11.2026

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Qarşıdan gələn qış Ukrayna paytaxtı üçün əvvəlkindən daha çətin ola bilər. Bu da elektrik enerjisinin kəskin çatışmazlığına səbəb olacaq.
Newscenter.az xəbər verir ki, bu barədə RBC-Ukrayna xəbər agentliyi məlumat yayıb.
Agentliyin sözlərinə görə, daha çox partlayışlar və hava zərbələri baş verərsə, Kiyevdə uzun müddət metro nəqliyyatında fasilələr və elektrik enerjisinin kəskin çatışmazlığı yaşana bilər.
Bundan əvvəl Ukraynanın DTEK enerji holdinqi Kiyev və ətraf bölgədə təcili elektrik kəsintiləri barədə məlumat vermişdi.
Ukrayna enerji infrastrukturuna genişmiqyaslı ziyan dəydiyindən 2025-ci ilin sonlarından bəri elektrik kəsintiləri ilə üzləşib. Ölkənin enerji sektorunda fövqəladə vəziyyət elan edilib. Bir çox bölgələrdə gündəlik, çoxsaatlıq elektrik kəsintiləri tətbiq olunmağa davam edir.
Anar
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью