“Bu qiymət baxımından biz önə çıxa bilərik”

07.10.2025

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bu gün Beynəlxalq Tekstil İstehsalçıları Federasiyasının (ITMF) baş direktoru Kristian Şindler Bakıda keçirilən "Tekstil sektorunun inkişafı və qlobal inteqrasiya" seminarında bizlərlə öz fikrini bölüşdü. Azərbaycan qlobal bazara çıxır və çıxa bilər”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva söyləyib.

S.Babayeva əlavə edib ki, amma hazırda Azərbaycanın qlobal bazara çıxdığı pay çox az olduğuna görə bu cür Federasiyaların Azərbaycana gəlməsi və logistikanın qurulması bizim üçün çox faydalıdır: “Çünki dünya bazar payçıları arasında biz çox cüzi bir yer tuturuq və istehsal məhsulumuz da o qədər çox deyil. Lakin bu qiymət baxımından biz önə çıxa bilərik”.
Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью