Bu quruma sədr seçildi

11.03.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının (“Kənd-Qida-İş”) növbədənkənar VII qurultayı keçirilib.

"Unikal" xəbər verir ki, müzakirələrdən sonra üç ittifaqın “Kənd-Qida-İş”ə qoşulması və Nizamnamədə bir sıra dəyişikliklər səsə qoyularaq təsdiq edilib, qurumun adı “Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi” olaraq dəyişdirilib. Məmməd Həsənov sədr, Elvin Nəsibov sədrin birinci müavini, Fuad Məmmədov, Akif Məmmədov və Telman Quliyev sədrin müavinləri seçiliblər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью