Bu quruma yeni aparat rəhbəri TƏYİN EDİLDİ

02.12.2024

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Statistika Komitəsinə (DSK) yeni Aparat rəhbəri təyin edilib.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki bu vəzifəyə Qasım Əliyev gətirilib.

Q. Əliyev 1998-2015-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş məsləhətçi, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib. 2016-cı ildən Komitənin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Qeyd edək ki, DSK-nın sabiq Aparat rəhbəri Cabbar Musayev ötən ay Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью