Bu quruma yeni aparat rəhbəri təyin edildi

02.12.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Dövlət Statistika Komitəsinə (DSK) yeni Aparat rəhbəri təyin edilib.

Gununsesi.info  Modern.az-a istinadən xəbər verir ki bu vəzifəyə Qasım Əliyev gətirilib.

Q. Əliyev 1998-2015-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş məsləhətçi, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib. 2016-cı ildən Komitənin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Qeyd edək ki, DSK-nın sabiq Aparat rəhbəri Cabbar Musayev ötən ay Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью