Bu qurumlar maşınlarını satışa çıxarır

06.11.2024

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) müxtəlif dövlət qurumlarına məxsus 27 nəqliyyat vasitəsini açıq hərraca çıxarır.

Qurumdan Axar.az-a verilən məluamta görə, hərrac dekabrın 19-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ƏMDX-nın Hərracların Təşkili Mərkəzinin hesabına beh ödəməlidir.

Satışa çıxarılan avtomobillərin siyahısına aşağıdakı cədvəldən baxa bilərsiniz:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью