Bu qurumlar sabahdan distant iş rejiminə keçir

22.09.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1" yarışı səbəbilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək.

Axar.az Report-a istinadla xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək.

Bu iş rejimi "Formula 1" trekinin həmin ərazidən keçməsi ilə əlaqədardır.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью