Bu qurumlarda ixtisarlar BAŞLADI “200 dən çox insan...”

02.02.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Dövlət qurumlarında çox sayda insanlar ixtisar olunurlar. “Bakı Metropoliteni”də, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə, kommunal sahədə ixtisarlar var”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
“Başa düşürəm ki, büdcədə yük ola biləcək müəyyən problemlər var. Amma bu qədər işsizi cəmiyyətə buraxmamalıyıq.
Biz onlara ya iş, ya da müavinət verməliyik. Müavinət verməkdə də müəyyən məhdudiyyətlər var. Bunun yolunu tapmalıyıq. 200-dən artıq insan işsiz qalıb və cəmiyyətin bu yükü daşıması dövlətimizi böyük təhlükələrlə üzləşdirə bilər”, - deputat əlavə edib.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью