Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Asim Mollazadə: “Dünyada Avropa Şurası kimi təşkilatlara inam tam olaraq itib”
“Dünyada Avropa Şurası kimi təşkilatlara inam tam olaraq itib. Buna səbəb həmin qurumların bir çox hallarda ədalətin deyil, qrup maraqları mövqeyindən çıxış etməsi, bu təşkilatlar daxilində korrupsiya və digər neqativ əməllərin geniş vüsət almasıdır”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, hazırda Avropa Şurasında korrupsiya pik nöqtədə qərarlaşıb:
“Bəzi qurumlar var ki, orada korrupsiya tüğyan edir. Söhbət həm Avropa Şurasından, həm də Avropa Parlamentindən gedir.
Bu təşkilatlarda elə qruplar var ki, onlar erməni lobbisi tərəfindən maliyyələşdirilir. Buna görə də bir sıra məsələlərdə ermənilərin maraqlarından çıxış edirlər. Təbii ki, maddi maraqlar mövqeyindən çıxış etdikləri üçün onların verdiyi bəyanatlar da həqiqəti əks etdirmir və dünya xalqları tərəfindən etimadsızlıqla qarşılanır”.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşündə Avropa Şurası və Avropa Parlamenini sərt tənqid edib. Dövlət başçısı bu qurumlarda korrupsiyanın dərindən kök saldığını bildrib və onları rüşvət yuvası adlandırıb.
Seymur ƏLİYEV