Bu qurumların fəaliyyəti daha da gücləndiriləcək

13.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən media nümayəndələri üçün təşkil edilən təlimdə Mərkəzin fəaliyyəti, ölkəmizdə akkreditasiya sisteminin inkişafı, əldə olunan nəticələr və qarşıda duran hədəflər müzakirə olunub.  

“Yeni Sabah” xəbər verir ku, tədbiri giriş sözü ilə açan Azərbaycan Akkreditasiya Mərkəzinin direktoru Emin Zeynalov qonaqları salamlayaraq görüşün əhəmiyyətini vurğulayıb. Bildirilib ki, akkreditasiya sistemi milli keyfiyyət infrastrukturunun mühüm tərkib hissəsi olaraq məhsul və xidmətlərin təhlükəsizliyinin, uyğunluğun qiymətləndirilməsi nəticələrinin etibarlılığının və beynəlxalq səviyyədə tanınmasının təmin edilməsində əsas rol oynayır:

“AzAK-ın dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak etdiyini diqqətə çatdıran direktor Mərkəzin əsas məqsədlərini açıqlayıb: İnternetdən sifariş

Madde işareti Akkreditasiya sistemini beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirmək.  

Madd” işarəti Uyğunluğun qiymətləndirilməsi qurumlarının səriştəliliyini təsdiqləmək.  

Madde işareti Ölkəmizdə keyfiyyət infrastrukturunu daha da gücləndirmək.  

Görüşdə medianın roluna xüsusi diqqət ayrılaraq qeyd olunub ki, görülən işlərin ictimaiyyətə düzgün çatdırılması, açıq dialoq və məlumat mübadiləsi, eləcə də bu sahədə ictimai maarifləndirmənin genişləndirilməsi qurumun prioritetləri sırasındadır”.

E.Zeynalov qeyd edib ki, hazırda ölkədə qüvvədə olan akkreditasiya attestatlarının ümumi sayı 369-dur:

“Həmin qurumların sırasına sınaq və kalibrləmə laboratoriyaları, sertifikatlaşdırmanı həyata keçirən qurumlar, həmçinin inspeksiya orqanları daxildir.  

Attestatların verilməsinin müvafiq qurumların texniki səriştəliliyini təsdiq etdiyi vurğulanıb. Bu proses bazarda keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərin təşviqinə, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, eləcə də sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir”.

Cəlalə Cəlalqızı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью