Bu qurumun 1,4 milyon borcu var Rəhbərinə stop qoyulur

28.02.2025

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bakı 1 №-li Yol İstismarı" MMC-nin direktoru Zaur Həmzəyevin külli miqdarda vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, hazırda Zaur Həmzəyev Oktay oğlunun rəhbəri olduğu MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1.343.661,89 manat vergi borcu yaranıb. 

Əldə etdiyimiz məlumata görə, sözügedən borcun ödənilməsi ilə bağlı Zaur Həmzəyevə xəbərdarlıq edilib. Onun ölkədən çıxışına məhdudiyyət qoyulması üçün məhkəməyə də müraciət olunub.

Qeyd edək ki, Zaur Həmzəyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin qardaşı oğlu oğludur. 

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью