Bu qurumun büdcəsi 22 faiz...

23.10.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2027-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 1 milyard 100 milyon manatı və yaxud 2,6 %-i İcbari Tibbi Sığorta Fonduna ayırmaların payına düşəcək.

Bakıvaxtı.az bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 22,2 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью