Bu qurumun da Müşahidə Şurasının tərkibi dəyişdi

08.04.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 23 yanvar 2021-ci il sərəncamında dəyişiklik edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuranın üzvü olan maliyyə nazirinin keçmiş müavini Azər Bayramov nazirin I müavini Anar Kərimovla əvəz olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью