Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
“Dövlət İmtahan Mərkəzi müxtəlif tipli suallar vasitəsilə abituriyentlərin bilik və bacarıqlarını yoxlayır və qiymətləndirir. Bu qurumun obyektiv və şəffaf qiymətləndirmə apardığını demək olar”.
Bunu 525.az-a təhsil eksperti Elçin Əfəndi söyləyib. Onun dediyinə görə, Azərbaycan dili və digər müvafiq fənlər üzrə imtahanlarda da məntiqi təfəkkürün yoxlanılmasına yönəlmiş suallar yer alır. Bu suallar abituriyentlərin mövzunu nə dərəcədə mənimsədiklərini və biliklərini əsaslandırma qabiliyyətini yoxlamağa imkan verir:
“Hazırda əlavə hər hansı ciddi yeniliyə ehtiyac olduğunu düşünmürəm. Çünki buraxılış imtahanlarının blok sistemi üzrə son dəyişikliklər 2019-cu ildə tətbiq edilib. Sonrakı illərdə, o cümlədən 9-cu sinif buraxılış imtahanlarında da yeni qaydalar qüvvəyə minib. 2027-ci ildən etibarən isə buraxılış imtahanlarında, xüsusən də xarici dil fənni üzrə, şəkil əsaslı və ümumi anlayışların yoxlanılmasına yönəlmiş imtahan modelinin tətbiqi nəzərdə tutulur”.
Sevinc Qarayeva