Bu qurumun portalı ləğv edilir

14.04.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mayın 1-dən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlərini təqdim etdiyi Elektron Xidmətlər Portalı (e-emlak.gov.az) ləğv ediləcək.

Axar.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Portalda təqdim edilən bütün xidmətlər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) inteqrasiya edilib.

Məqsəd elektron xidmətlərin vahid portal üzərindən istifadəsi və prosesin sadələşdirilməsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью