Bu rayona ildırım düşdü: Yaralı var VİDEO

16.05.2025

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Biləsuvar rayonu, Xırmandalı kəndində bədbəxt hadisə baş verib.

Metbuat.az Baku tv-yə istinadən xəbər verir ki, kənd sakini, 44 yaşlı Ramin Bəşirov əmisi oğlu Cavid Bəşirovla birlikdə mal-qaranı evə qaytarmağa gedərkən yağışa düşüblər. Bu zaman güclü ildırım Ramin Bəşirovu vurub və onu yaxınlıqdakı su arxına atıb. İldırımın təsiri əmisi oğlu Cavid Bəşirova da dəyib.

"Oğlum mal-qaranı asfaltdan keçirəndə birdən-birə ildırım vurub. Qolunu, ayağını yandırıb, özünü də qaldırıb çırpıb yerə" , - deyə zərərçəkənin atası Habil Bəşirov bildirib.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralıya zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.

Ətraflı süjetdə:


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью