Bu rayonda 5300 abonentin qazı kəsiləcək XƏBƏRDARLIQ

12.06.2026

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Biləsuvar rayonunun 10 yaşayış məntəqəsində qaz təchizatı müvəqqəti dayandırılacaq. SİA-nın məlumatına görə, buna səbəb yeraltı polietilen qaz xəttinin kipliyə sınaq işlərinin aparılmasıdır.

Bununla əlaqədar Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan Çinarlı, Bağbanlar, Çaylı, İsmətli, Günəşli, Ağayrı, Nəsimikənd, Nərimankənd, Səmədabad və Arazbəri kəndlərində ümumilikdə 5300 abonentə təbii qazın verilişi iyunun 12-si saat 10:00-dan etibarən işlər başa çatanadək dayandırılacaq.

Mətləb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью