Bu rayonda 960 şagirdlik məktəb binası TİKİLƏCƏK

13.10.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Ağcabədi rayonunun Hüsülü kəndində 960 şagird yerlik tam orta məktəb binası tikiləcək.

BAKU.WS-in məlumatına görə, layihəni Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi həyata keçirəcək.

Tikinti üçün ehtimal olunan dəyər 9 milyon 172 min manat təşkil edəcək.

Layihənin reallaşdırılması Hüsülü kəndində təhsil infrastrukturunun genişləndirilməsi, şagirdlərin müasir təhsil şəraiti ilə təmin olunması və məktəbin mövcud təhsil imkanlarının artırılması baxımından əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью