Bu rayonda bir gündə iki meyit TAPILDI

22.04.2025

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda iki meyit tapılıb.

Lent.az-ın məlumatına görə, hadisələr Nizami rayonu ərazisində qeydə alınıb.

Hadisələrdən biri Keşlə qəsəbəsi ərazisində olub. Burada evlərdən birində 60 yaşlı Məmmədov Ulduz Vəlyağa oğlunun meyiti aşkarlanıb.

Digər hadisə isə 8-ci kilometr qəsəbəsində baş verib. 64 yaşlı Məmmədova Zenfira Baləli qızı küçədə qəfil dünyasını dəyişib. Onun meyiti yoldan keçənlər tərəfindən tapılıb və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hər iki şəxsin xəstəlik səbəbilə öldükləri ehtimal olunur.

Faktlarla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью