Bu rayonda bir neçə küçənin yolları əsaslı TƏMİR EDİLƏCƏK

30.09.2026

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hacıqabul şəhərində bir neçə küçənin əsaslı təmiri nəzərdə tutulur.

BAKU.WS-in məlumatına görə, Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən bununla bağlı satınalma müsabiqəsi elan edilib.

Layihə üzrə işlərin həyata keçirilməsi üçün ehtimal olunan qiymət 515 min manat müəyyənləşdirilib.

Məlumata əsasən, təmir işləri şəhərin H.Həmidov, M.Ə.Rəsulzadə, Şəhriyar və 20 Yanvar küçələrini, həmçinin M.Ə.Rəsulzadə küçəsinə bitişik dalan yolları əhatə edəcək.

Görüləcək işlərin əsas məqsədi Hacıqabul şəhərində yol örtüyünün yenilənməsi, nəqliyyat hərəkətinin yaxşılaşdırılması və küçə infrastrukturunun müasir vəziyyətə gətirilməsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью