Bu rayonda boruda çat yarandı, qaz təchizatı dayandırılır

22.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Sabah Şərur rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Axar.az xəbər verir ki, 159 mm boruda çat yarandığı üçün təmir işləri aparılması məqsədilə saat 10:00-dan saat 12:00-dək Mahmudkənd, Zeyvə, Düdəngə və Cəlilkənd kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью