Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ağdam şəhərində 5-ci yaşayış massivində, məhəllə O-130 üzrə çoxmərtəbəli binaların tikintisi üçün tender elan olunub.
BAKU.WS-in məlumatına görə, layihəni Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi həyata keçirir.
Tikinti işlərinin ümumi dəyəri 9,17 milyon manata yaxın qiymətləndirilir.
Bu tender Ağdamın yenidənqurma və məskunlaşma planlarının növbəti mərhələsi kimi qiymətləndirilir.