Bu rayonda işıqlar sönəcək

16.09.2025

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

BAKU.WS xəbər verir ki, sentyabrın 16-da Babək rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq ediləcək.

"Azərişıq" ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiqlənmiş tədbirlər planına uyğun olaraq təmir-bərpa işləri aparılacaq.

Nehrəm qəsəbəsində yerləşən 35/10 kV-luq "Nehrəm" yarımstansiyasını qidalandıran 35 kV-luq "Nehrəm" hava elektrik verilişi xətti təmir olunduğundan 10 kV-luq "Nehrəm-1", "Nehrəm-2", "Nehrəm-3" və "Nehrəm-4" hava xətlərində gərginlik olmayacaq.

Bu səbəbdən saat 13:00-dan 14:00-dək Nehrəm qəsəbəsi, həmçinin Güznüt və Çeşməbasar kəndlərinin elektrik təchizatında fasilə yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью