Bu rayonda nə başçı var, nə müavin FOTO

21.01.2026

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Nəsimi rayonunda icra hakimiyyətinin başçısı və başçının müavini vəzifələri vakantdır.
Demokrat.az-ın Metbuat.az-a istinadən məlumatına görə, ötən il noyabrın 12-də prezident İlham Əliyevin Sərəncamı ilə Nəsimi rayon icra hakimiyyətinin başçısı təyin edilən Elxan İbrahimov 47 gün sonra - 2025-ci il dekabrın 29-da tutduğu vəzifədən azad olunub.

Fotoda: Elxan İbrahimov
Qeyd edək ki, icra başçısının müavini Ramiz Quliyev isə bu sərəncamdan iki gün əvvəl postu ilə vidalaşıb. O, Elxan İbrahimovun ötən il dekabrın 27-də imzaladığı müvafiq əmrlə işdən çıxarılıb.

Fotoda: Ramiz Quliyev
Mətbuatda sabiq icra başçısı Elxan İbrahimovun rayon ərazisində fəaliyyət göstərən iş adamlarından külli miqdarda rüşvət tələb etdiyi üçün postundan uzaqlaşdırıldığına dair iddialar yer alıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью